Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi: “Əsasnaməmizə görə, biz yalnız dövlət qurumlarını müvafiq bina ilə təmin etməliyik”

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi: “Əsasnaməmizə görə, biz yalnız dövlət qurumlarını müvafiq bina ilə təmin etməliyik”
# 21 noyabr 2007 15:47 (UTC +04:00)
“Bəzi partiyaların rəhbərlərinin qərargah problemlərinə görə dövlət komitəsini ittiham etməsi düzgün deyil. Çünki qanunvericiliyə görə, siyasi partiyaların qərargahla təmin edilməsi bizim səlahiyyətimizə daxil deyil”. Bunu APA-ya açıqlamasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib. Onun sözlərinə görə, dövlət komitəsinin əsasnaməsinə uyğun olaraq onlar yalnız dövlət qurumlarını müvafiq bina ilə təmin etməlidirlər: “Bu sırada partiyaların və QHT-lərin adları yoxdur. Qaydaya görə partiyalar özləri lazımı binaları tapmalı və onların sahibləri ilə razılaşmalıdırlar. Bundan sonra onların müraciətləri və balans saxlayıcıların təqdim olunmuş razılıq məktubu əsasında biz icarə müqaviləsi bağlaya bilərik”. Q. Xəlilov son günlər bəzi partiyaların dövlət komitəsi ilə bağlı səsləndirdiyi ittihamları və həmçinin, məhkəmə müraciət hazırlıqlarının əsassız olduğunu vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR