Çexiyalı diplomat Tomaş Lane: “Azərbaycanda Çexiya səfirliyinin açılması gözlənilir”

Çexiyalı diplomat Tomaş Lane: “Azərbaycanda Çexiya səfirliyinin açılması gözlənilir”
# 22 noyabr 2007 14:14 (UTC +04:00)
“Mən qırx il əvvəl Bakıda oxuyub aspirant kimi vətənə qayıtdım. Üstündən qırx il keçdikdən sonra qayıdıb Azərbaycanı müstəqil dövlət kimi gördüm”. Bu sözləri APA-ya açıqlamasında Bakı Slavyan Universitetində “Müasir dilçiliyin problemləri” mövzusunda keçirilən II beynəlxalq elmi konfransda iştirak edən çexiyalı diplomat, səfir Tomaş Lane deyib. Uzun müddət Xarici İşlər Nazirliyində çalışdıqdan sonra təqaüdə çıxan T. Lane elm sahəsinə qayıtdığını və türkoloji araşdırmalara başladığını bildirib. O, Çexiya Respublikası ilə Azərbaycan arasında bugünkü əlaqələrdən də söz açıb: “Bu gün Çexiya Respublikasında Azərbaycan səfirliyi açılıb və bu günlərdə Azərbaycanda da Çexiyanın səfirliyinin açılması gözlənilir. İki ölkə arasında ticarət əlaqələri var. Belə ki, Çexiya Respublikasının Azərbaycandan aldığı neft onun ehtiyacının 15 faizini təşkil edir. Bu, çox böyük və mühüm bir faktdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR