Etibar Məmmədov: “Seçki Məcəlləsinə dəyişikliyin edilməsi cəmiyyətin müqavimət qüvvəsindən asılıdır”

Etibar Məmmədov: “Seçki Məcəlləsinə dəyişikliyin edilməsi cəmiyyətin müqavimət qüvvəsindən asılıdır”
# 23 noyabr 2007 13:19 (UTC +04:00)
“Seçki Məcəlləsinə dəyişikliyin edilməsi cəmiyyətin müqavimət qüvvəsindən asılıdır. Hakimiyyət belə bir müqavimət gücü görmədiyi üçün müxalifətlə hesablaşmır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov deyib. Müqavimət qüvvəsinin zəifliyinin isə müxtəlif səbəblərdən qaynaqlandığını deyən müxalifət liderinin fikrincə, buna görə də həmin qüvvəni istiqamətləndirməli olan təşkilatlar təsirli addım ata bilmirlər. Digər tərəfdən hakimiyyətin istifadə etdiyi bir sıra vasitələrlə beynəlxalq təşkilatlar qarşısında da öz mövqeyini möhkəmləndirdiyini bildirən E. Məmmədov buna görə də beynəlxalq təzyiqin də kifayət qədər olmadığını qeyd edib: “Cəmiyyətin özünün müqavimət qüvvəsi olmalı, yaşayış tələblərini müəyyənləşdirməli, ziyalılar bu işdə iştirak etməlidir. Digər tərəfdən Seçki Məcəlləsinin necə olması birinci dərəcəli məsələ deyil. Birinci məsələ onun necə həyata keçirilməsidir. İndiki qanuna da riayət olunsa, normal seçki keçirilə bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR