Elmar Məmmədyarov Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkilini qəbul edib

Elmar Məmmədyarov Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkilini qəbul edib
# 26 noyabr 2007 15:28 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili səfir Hans-Diter Lukası qəbul edib. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial sahələr müzakirə edilib, eləcə də regionda həyata keçirilən enerji və nəqliyyat-infrastruktur layihələrinin perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı durumu və nizamlanması imkanları, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Avropa İttifaqının Yeni Qonşuluq Siyasətinin həyata keçirilməsinin vacibliyi, bu istiqamətdə Almaniyanın mövcud imkanları müzakirə olunmuş, habelə Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanın strateji əhəmiyyəti vurğulanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR