Azərbaycanın xarici işlər naziri sabah Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri sabah Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
# 27 noyabr 2007 14:00 (UTC +04:00)
APA-nın Madridə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, sabah E. Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qeyri-rəsmi görüş keçirəcək. Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın da sabah həmsədrlərlə qeyri-rəsmi görüşü nəzərdə tutulur. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumatı isə rəsmi Bakı hələlik təsdiqləmir.
Qeyd edək ki, ATƏT xarici işlər nazirləri Şurasının toplantısı noyabrın 29-30-da keçiriləcək. Toplantıda Elmar Məmmədyarov Azərbaycanın ATƏT-dəki prioritetləri mövzusunda çıxış edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR