DAK-ın gələn il keçiriləcək qurultayı ilə bağlı mətbuat konfransı keçirilib

DAK-ın gələn il keçiriləcək qurultayı ilə bağlı mətbuat konfransı keçirilib
# 27 noyabr 2007 14:43 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) 2008-ci ilin fevralın 23-24-də keçiriləcək qurultayı ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DAK Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Nasir Məhəmmədi Əhməd Obalı bildirib ki, Qulamrza Səbri Təbrizi və Hacı Elman adlı Tatarıstandan olan azərbaycanlı iş adamının Türkiyədə İran xüsusi xidmət orqanının əməkdaşı ilə məxfi görüş keçirildiyini deyib: “Burada təşkilatın dağıdılması barədə əməkdaşlıq əldə edilib”. DAK İdarə Heyətinin üzvü Məmməd Azəri isə problemin bir neçə ildir mövcud olduğunu söyləyib: “9-cu qurultaya qədər DAK Məclis sədri Sabir Rüstəmxanlının rəhbərlik etdiyi bu qurum təşkilatı iflic etməyə çalışıb”. M. Azəri DAK-ın başqa ölkədə qeydiyyatdan keçməsinin mümkünsüzlüyünü də diqqətə çatıdırıb: “Dünya Azərbaycanlıları Konqresi adında iki təşkilatın qeydiyyatdan keçməsi mümkünsüzdür. Qulamrza Səbri Təbrizinin Dünya Azərbaycanlıları Konqresini Böyük Britaniyada qeydiyyatdan keçirməsi yalandır. Əgər belə fakt olubsa, bu, artıq saxtakarlıqdır”. Müğənnilər İlhamə Quliyeva, Niyaməddin Musayev də DAK-ın yeni rəhbərliyini fəaliyyətsizlikdə ittiham edərək, yenidən qurultayın keçirilməsinin zəruriliyini vurğulayıblar. DAK sədrinin köməkçisi Eliza İsmayılova isə Qulamrza Səbri Təbrizi, Sabir Rüstəmxanlı və yeni rəhbərliyin fəaliyyəti ilə bağlı deyilənləri əsassız adlandırıb. Onun sözlərinə görə, Avropada taksi sürməklə məşğul olan Məmməd Azəri və digər elmi-biliyi aşağı olan şəxslərin Q. Təbrizi haqda fikir söyləməyə haqqı yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR