Əvəz Temirxanın təkzib etdiyi açıqlamasının tam mətni

Əvəz Temirxanın təkzib etdiyi açıqlamasının tam mətni
# 28 noyabr 2007 14:08 (UTC +04:00)
APA Ə. Hümbətovun bu qədər qeyri-ciddi açıqlamasından təəssüflənir və bir daha belələrini yalnız üstündə dayana biləcəkləri ifadələri söyləməyə çağırır.
Ə. Hümbətovun danışığını heç bir dəyişiklik etmədən yayımlayırıq:
- “AMİP-in təşkil etdiyi konfransda Müsavat və ADP-nin keçmiş səhvlərini etiraf etməyə çağırdınız. Bunlar hansı səhvlərdir?
- Müxtəlif partiyalar, müxtəlif dövrlərdə Azərbaycan xalqının mənafelərinə zidd addımlar atıblar. Və hər kəs öz vicdanı qarşısında, Azərbaycan xalqı qarşısında və Allah qarşısında etiraf, yəni tövbə variantını özü tapmalıdır. Və xalqı inandırmalıdır ki, o səmimi peşman olub bu cür addımlar atmağa. Bizi yox, müxalifəti yox, xalqı. Aydındır?! Belə olacağı təqdirdə prinsipcə hansısa məsələlərlə gələcəkdə əməkdaşlıqlar mümkündür. Mən belə hesab edirəm. Prinsipcə. Belə olacağı təqdirdə.
- Onlar nəyi etiraf etməlidir?
- Məsələn, kim nəyi etiraf etməlidir? Səhvlərini. Qoy özləri tapsınlar ki, hansı formada nəyi etiraf etməlidirlər. Hansı səhvə yol veriblər onu etiraf etməlidirlər. Bunu etiraf etməlidirlər açığı. Mən kəskin formada demək istəmirəm ki, partiyalar arasındakı münasibətlərə də”¦ Məsələn elə partiya var ki, o partiyanın etirafına da inanmıram.
- Məsələn”¦
- Yenə başlayırsan?! Başa düşürsən? İqtidardan saxta mandat alıb onun parlamentində oturan partiyanın ən azı birinin heç bir etirafına, tövbəsinə inanmıram.
- Hansı partiyanın?
- Əqidəsini dəyişmiş insanın tövbəsinə inanmıram.
- Müsavatın etirafına inanırsınız?
- Əzizim, sən bilirsən nədi?! Sən, necə deyim. Mən söz alanda cinayətkarlardan sən bağçaya da getmirdin. Bu gün Müsavatla münasibətlər xeyli normallaşıb.
- Müsavatın etirafına ehtiyac varmı?
- Müsavatın gələcəkdə əməkdaşlığın sıx olması üçün daha bir addımı qalıb. Daha sıxlaşması üçün. Mən də hesab edirəm ki, bu seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşmayacağı təqdirdə seçkilərdə iştirak etməyəcəyinə dair mövqeyidir. Biz onları təhrik edə bilmərik ki, belə bir mövqe tutun. Amma belə bir addımın atılması Müsavatla münasibətlərimizə daha da etimad yaradar.
- Bəs, belə mövqe tutmasalar?
- Tutmasalar da, münasibətlər bügünkü səviyyədə qalacaq.
- ADP-nin mövqeyini necə qiymətləndirirsiniz?
- ADP mövqeyini vaxtilə, necə deyərlər ADP hakimiyyətə dialoq çağırışı ilə müraciət etmişdi. Bundan da çıxış yolu var. Bir ilə yaxındır ki, Sərdar Cəlaloğlu müraciət edib ki, dialoqa gəlin, iqtidar gəlmir. Gəlmirsə, bunun nəticəsi olmayacaq və bu zaman ADP də Azərbaycan xalqına izah edə bilər ki, nə qədər konstruktiv mövqe tutmağa, yəni aşkar şəkildə - çalışdıqsa, iqtidar bunu etmədi və biz öz köhnə mövqeyimizə qayıdırıq. O zaman ADP ilə münasibətlər daha normal olar.
- Ötən parlament seçkilərində 4 partiya vahid mövqedən çıxış etdi və son anda bugünkü gün 26 noyabrda mövqelər ayrıldı. Bu yenə də ehtimal olunurmu?
- Deyəsən siz və rəhbərliyiniz istəyir ki, mən onu deyim ki, Müsavat xəyanət elədi. O zaman yollarımız ayrıldı. Ayrılmasaydı daha yaxşı olardı. Amma indi mübarizə davam edir. Seçki komissiyaları məsələsində bir yerdə olmağımız təqdirəldayiqdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR