Azərbaycan Ombudsmanı əfvlə bağlı prezidentə müraciət edib

Azərbaycan Ombudsmanı əfvlə bağlı prezidentə müraciət edib
# 01 dekabr 2007 12:06 (UTC +04:00)
Bunu bu gün Azərbaycan prezidentinə əfv təşəbbüsü ilə müraciətində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib. Ombudsman Aparatından APA-ya daxil olan müraciətdə Müvəkkil prezidentin növbəti dəfə bu humanist addımı atmasının bağışlananlara, həm də onların ailə üzvlərinə sevinc bəxş edəcəyini vurğulayıb: Eyni zamanda bu addım müstəqil Azərbaycanın Sizin rəhbərliyinizlə demokratik prinsiplərə, insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaş cəmiyyətinin inkişafına sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirərdi”.
Müraciətdə o da qeyd olunub ki, indiyə qədər müxtəlif ölkələrdə hər 100 000 əhaliyə 500-600 məhkum düşdüyü halda, Azərbaycanda bu rəqəm 200-ə qədər azalıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR