Azərbaycanla Estoniya arasında hərbi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaq

Azərbaycanla Estoniya arasında hərbi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaq
# 04 dekabr 2007 08:01 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Estoniyanın müdafiə naziri Yaak Aaviksoonun dəvəti ilə reallaşacaq səfər proqramında S. Əbiyevin bu ölkənin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Estoniya Parlamenti və Silahlı Qüvvələrin Qərargahında görüşləri planlaşdırılıb. Bundan başqa, Estoniyanın prezidenti Tomas-Xendrik İlvesin də Azərbaycanın müdafiə nazirini qəbul etməsi nəzərdə tutulub. Səfər zamanı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Estoniya Respublikası Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR