Sərdar Cəlaloğlu: “Azərbaycan və Türkiyə Dağlıq Qarabağda PKK-ya qarşı əməliyyat keçirməlidir”

Sərdar Cəlaloğlu: “Azərbaycan və Türkiyə Dağlıq Qarabağda PKK-ya qarşı əməliyyat keçirməlidir”
# 04 dekabr 2007 13:17 (UTC +04:00)
“PKK ermənilər tərəfindən Türkiyəyə qarşı yaradılmış və onlar tərəfindən dəstəklənən, ASALA ilə sıx əlaqələri olan terrorçu təşkilatdır. Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı apardığı əməliyyatlar nəticəsində onlar özlərinə daha təhlükəsiz yer kimi Dağlıq Qarabağı seçir və bu, Azərbaycan üçün də böyük təhlükə yarada bilər”. Bu açıqlamanı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu PKK üzvlərinin Dağlıq Qarabağa köçməsi ilə bağlı məlumatlara münasibət bildirərkən partiyanın mətbuat xidmətinə deyib. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada S. Cəlaloğlu bundan əvvəl də dəfələrlə Dağlıq Qarabağ ərazisində müxtəlif terrorist təşkilatların buradakı avtoritar boşluqdan istifadə edərək məskunlaşdığı barədə beynəlxalq aləmə məlumatlar çatdırdıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələni zaman-zaman beynəlxalq səviyyədə qaldırsa da, problem köklü şəkildə öz həllini tapmayıb: “PKK-nın Azərbaycana, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində məskunlaşması dövlətimizin milli təhlükəsizliyinə ciddi problem yaradır. Digər tərəfdən, PKK terrorçu təşkilatının məskunlaşdığı ölkələrin ərazisində onlara qarşı mübarizə aparılmadığı təqdirdə, Türkiyə Ordusunun Şimali İraqda olduğu kimi, həmin ölkələrin ərazisində də PKK-nı məhv etmək üçün mənəvi və hüquqi haqqı var. Artıq PKK Dağlıq Qarabağa toplaşdığına görə Azərbaycan dövləti Türkiyə Silahlı Qüvvələrinin həmin ərazidə PKK-ya qarşı hərbi əməliyyatlar aparmasına razılıq verməli, özü də həmin hərbi əməliyyatlarda türk və antiterror koalisiyasının digər qüvvələri ilə birgə iştirak etməlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR