Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və əsr” kitabının təqdimat mərasimi keçirilib

Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və əsr” kitabının təqdimat mərasimi keçirilib
# 06 dekabr 2007 10:21 (UTC +04:00)
Yazıçı-publisist, deputat Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və əsr” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən E. Axundova kitabın bir neçə cilddən ibarət olduğunu, hazırda iki cildinin çap edildiyini deyib. O bildirib ki, kitabda H. Əliyevin uşaqlıq və gənclik dostlarının, iş yoldaşlarının və tanınmış ictimai-siyasi şəxslərin xatirələri yer alıb. Müəllif Milli Təhlükəsizlik Nazirliyinin arxivindən və Heydər Əliyevin şəxsi arxivindən istifadə edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR