AMİP Penitensiar Xidmət rəhbərliyindən həbsdə olan partiya üzvünün xəstəxanaya köçürülməsini xahiş edib

AMİP Penitensiar Xidmət rəhbərliyindən həbsdə olan partiya üzvünün xəstəxanaya köçürülməsini xahiş edib
# 06 dekabr 2007 12:17 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AMİP-in İmişli rayon təşkilatının həbsdə olan fəalı Musa Rahimin səhhətində ciddi problemlər yaranıb, qaraciyər serrozu xəstəliyi ilə əlaqədar ağrıları şiddətlənib. Partiya öz müraciətində M. Rahimin təcili olaraq müayinə edilməsi və onun xəstəxanaya köçürülməsinin vacib olduğunu bildirib. Müraciətdə ciddi tədbirlərin görülməyəcəyi halda partiya fəalının həyatının ciddi təhlükə qarşısında qalacağı vurğulanıb. Qeyd edək ki, M. Rahim İmişli rayon Məhkəməsinin qərarı ilə polis əməkdaşlarına xəsarət yetirməkdə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrüm edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR