Sərdar Cəlaloğlu: “Bu il Azərbaycanın siyasi həyatının durğunluq ili idi”

Sərdar Cəlaloğlu: “Bu il Azərbaycanın siyasi həyatının durğunluq ili idi”
# 07 dekabr 2007 09:42 (UTC +04:00)
“2007-ci ili Azərbaycanın siyasi həyatının durğunluq ili kimi dəyərləndirirəm”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu verib. O, 2007-ci ildə ölkənin siyasi həyatında və xarici siyasətdə ciddi dəyişiklik olmadığını vurğulayıb: “Çox təəssüf ki, biz bir siyasi ili də əldən buraxdıq və faktiki olaraq millətin və dövlətin qarşısında duran problemlərin həlli istiqamətində hər hansı bir irəliləyişə nail ola bilmədik. Müxalifətin yeganə nailliyyəti ondan ibarət olub ki, bütün təzyiqlərə, əlverişsiz şəraitə baxmayaraq, öz mövcudluğunu qoruyub saxlaya bilib. Lakin buna baxmayaraq Azərbaycan müxalifəti də qarşısına qoyduğu bir çox məsələləri yerinə yetirə bilmədi. Müxalifətin Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər uğrunda apardığı mübarizə hələlik müsbət nəticə verməyib”. Sərdar Cəlaloğlu 2008-ci ilin həm müxalifətin, həm də iqtidarın siyasi həyatında dönüş ili olacağına ümid etdiyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR