Beş müxalifət təşkilatı dövlət büdcəsi ilə bağlı məsələni müzakirə edəcək

Beş müxalifət təşkilatı dövlət büdcəsi ilə bağlı məsələni müzakirə edəcək
# 07 dekabr 2007 11:10 (UTC +04:00)
Beş müxalifət təşkilatının təmsil olunduğu məşvərət şurasının dekabrın ortalarında keçirəcəyi toplantıda dövlət büdcəsi ilə bağlı məsələ müzakirə olunacaq. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. S. Cəlaloğlu məşvərət şurasında istər beynəlxalq miqyasda, istərsə də ölkə miqyasında baş verən bütün proseslərin müzakirə olunacağını söyləyib: “Fikrimcə, çox önəmli və aktual olan dövlət büdcəsi müzakirə olunmalıdır. Çünki partiyaların heç biri bu mövzu ilə bağlı müzakirələr aparmayıb. İkinci mühüm məsələ isə Dağlıq Qarabağla bağlı son danışıqlar məsələsi müzakirə olunacaq. Bu iki məsələnin müzakirəsini şəxsən özüm təklif edəcəyəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR