Bir neçə ictimai təşkilat söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı dekabrın 22-ə daha bir aksiya təyin edib

Bir neçə ictimai təşkilat söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı dekabrın 22-ə daha bir aksiya təyin edib
# 07 dekabr 2007 14:45 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən altı ictimai təşkilat ölkədə söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı dekabrın 22-ə daha bir aksiya təyin edib. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, Mitinq Komitəsinin sədri Eldar Namazovun APA-ya verdiyi məlumata görə, bununla bağlı mitinqin təşkilatçıları bu gün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediblər. Müraciət müəllifləri dekabrın 8-nə təyin olunmuş mitinqin Ukrayna meydanında keçirilməsinə BŞİH-nin razılıq verməməsinə heç bir əsasın olmadlığını bildiriblər. Onlar şəhər rəhbərliyinin təklif etdiyi “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionuna baxış keçirdiklərini, buranın kütləvi tədbir üçün yararlı olmadığını qeyd ediblər. İctimai təşkilatların rəhbərləri sözügedən stadionun fotoşəkillərini də şəhər rəhbərliyinə təqdim ediblər. E. Namazov BŞİH-nin qərarı ilə bağlı məhkəməyə müraciət etmək fikrində olduqlarını da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan məhkəmələrinin aksiya təşkilatçılarının xeyrinə qərar çıxaracağını gözləmirlər: “Amma biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikrindəyik. Ona görə də birinci növbədə yerli məhkəmələrə üz tutacağıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR