Azərbaycan Yunanıstanla əməkdaşlığa xüsusi diqqət yetirir

Azərbaycan Yunanıstanla əməkdaşlığa xüsusi diqqət yetirir
# 11 dekabr 2007 10:22 (UTC +04:00)
“Azərbaycanla Yunanıstan arasında iqtisadi əlaqələr getdikcə möhkəmlənir. Azərbaycan neftinin Avropaya ixrac olunmasında, habelə enerji təhlükəsizliyi ilə bağlı görülən işlərdə Yunanıstan yaxından iştirak edir”. APA-nın məlumatına görə, bunu Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının üzvü olan Yunanıstanla dostluq münasibətlərinə və əməkdaşlığa xüsusi diqqət yetirir. Yunanıstanda yeni parlamentin formalaşdırıldığını bildirən H. Rəcəbli hələlik Yunanıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunu yaradılmadığını qeyd edib. O, yeni qrup formalaşandan sonra yeni qrupla əlaqələrin qurulacığını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR