Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabının təqdimat mərasimi keçirilib

Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabının təqdimat mərasimi keçirilib
# 12 dekabr 2007 11:42 (UTC +04:00)
Heydər Əliyevin vəfatının 4-cü ildönümü ilə əlaqədar rus tədqiqatçı Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə YAP rəhbərliyi, millət vəkilləri, digər partiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov bildirib ki, kitab Moskvada rus dilində, Bakıda isə Azərbaycan dilində nəşr edilib. O, H. Əliyev haqqında bir çox kitabların yazıldığını və bu əsərlərin əksəriyyətinin xarici müəlliflər tərəfindən qələmə alındığını vurğulayıb. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov Azərbaycanın yeni tarixini böyük bir hissəsinin Heydər Əliyevlə bağlı olduğunu bildirib. H. Əliyevin həyat və fəaliyyətinə böyük diqqətin olduğunu bildirən natiq bunu təsadüf olmadığını vurğulayıb. Tədbirdə YAP İdarə Heyətinin üzvləri İradə Hüseynova, Kərim Kərimov, kitabın tərcümə işlərinin təşkilatçısı Rizvan Vahabov çıxış ediblər. Tədbirin sonunda müəllif Nikolay Zenkoviç Heydər Əliyevlə keçirdiyi görüşlər, bu görüşlərdə aldığı təəssüratlarla bağlı fikirlərini bölüşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR