Fəzail Ağamalı: “Zahid Orucun AVP sədrini dəyişdirmək fikri varsa, partiyanın qurultayında bu təkliflə çıxış edə bilər”

Fəzail Ağamalı: “Zahid Orucun AVP sədrini dəyişdirmək fikri varsa, partiyanın qurultayında bu təkliflə çıxış edə bilər”
# 12 dekabr 2007 13:32 (UTC +04:00)
“Əgər Zahid Orucun Ana Vətən Partiyasının sədrini dəyişdirmək fikri varsa, partiyanın qurultayında bu təkliflə çıxış edə bilər. Qurultay nümayəndələri Fəzail Ağamalının sədrlikdən getməsini məsləhət bilsələr, çox böyük məmnuniyyətlə estafeti qurultayın sədr görmək istədiyi həmin şəxsə verməyə hazıram”. APA-nın məlumatına görə, bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı müavini Zahid Orucun bir çox partiyaların, o cümlədən AVP-nin sədrinin dəyişməsinin vacibliyi barədə fikirlərinə münasibət bildirərkən deyib. Partiyada özünə qarşı hər hansı müxalifətin olmadığını bildirən F. Ağamalı qurultayda sədrliyə alternativ olub-olmayacağı ilə bağlı əvvəlcədən fikir bildirmək istəməyib: “İndiyə qədər keçirilən qurultaylarda belə bir hal olmayıb. Qarşıdan gələn qurultayda alternativlərin olub-olmayacağı barədə isə indidən dəqiq fikir söyləyə bilmərəm. Kiminsə sədr postuna namizədliyini irəli sürməsi üçün heç bir problem yoxdur”. Fəzail Ağamalı siyasətdən getməsinin tez olduğunu söyləyib: “Siz bunu mənə rəva bilirsinizmi? Hesab edirəm ki, siyasətdən getsəm, mənim üçün darıxacaqsınız. Düşünürəm ki, hələ siyasətdən getməyim barədə qərar vermək çox tezdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR