Təbriz Universitetində 21 Azər hökumətinin yaranmasının 62-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA

Təbriz Universitetində 21 Azər hökumətinin yaranmasının 62-ci ildönümü ilə bağlı tədbir keçirilib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 13 dekabr 2007 11:50 (UTC +04:00)
Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırmalar və İnformasiya Mərkəzinin sədri Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, tələbə qızlar keçirdikləri tədbirdə milli hökumətin bir ilik fəaliyyəti dəyərləndiriblər. Tədbirin əsas müzakirə mövzusu Azərbaycan Milli Hökuməti dövründə qadınlara verilən hüquqlarla bağlı olub. İştirakçılar milli hərəkatında qadınların rolu və mövqeyi, mövcud rejim tərəfindən qadın haqlarının pozulması barədə çıxışlar ediblər. Daha sonra İranda Azərbaycan Milli hökumətinin 62-cı ildönümünə həsr olunmuş bayram mərasimi keçirilib. /APA/




















#
#

ƏMƏLİYYAT İCRA OLUNUR