MSK nümayəndə heyəti Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

MSK nümayəndə heyəti Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək
# 14 dekabr 2007 13:08 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti dekabrın 16-da Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gün Bişkekə yola düşüb. Bu barədə APA-ya MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, nümayəndə heyətinə MSK üzvləri və MSK Aparatının əməkdaşları daxildir. Azərbaycan təmsilçiləri seçkiləri MDB müşahidə missiyasının tərkibində izləyəcəklər. MSK-nı seçkiləri izləməyə MDB İcraiyyə Komitəsi dəvət edib. Nümayəndə heyəti dekabrin 18-də Azərbaycana qayıdacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR