Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası Rauf Arifoğlunun şikayətini təmin etməyib

Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası Rauf Arifoğlunun şikayətini təmin etməyib
# 18 dekabr 2007 16:10 (UTC +04:00)
Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyanın Avropa Liberal Demokrat İslahatlar Partiyasına (ALDP) üzvlüyünün Nizamnamə və Proqram pozuntusu olması barədə şikayətini təmin etməyib. MNTK sədri İbrahim İbrahimlinin APA-ya verdiyi məlumata görə, R. Arifoğlunun şikayəti qurumun bu gün keçirdiyi iclasda müzakirə edilib. Müzakirələrin yekunu olaraq Müsavatın ALDİP-ə üzvlüyünün Nizamnamə və Proqram pozuntusu olmadığı barədə qərar qəbul edilib. İ. İbrahimlinin sözlərinə görə, R. Arifoğlu bugünkü iclasa dəvət edilməsə də, bundan əvvəlki toplantılarda iştirak edib, məsələ ilə bağlı öz fikrini bildirib: “Bizim də suallarımız vardı, onları cavablandırdı və o zaman MNTK-nın ədalətli qərar qəbul edəcəyini gözlədiyini qeyd etdi”. İ. İbrahimli ALDİP-in Proqramının Azərbaycan dilinə tərcümə edildiyini, sənədlər araşdırıldıqdan sonra müvafiq qərara gəldiklərini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR