Nikoloz Vaşakidze: “Dondurulmuş münaqişələr”lə bağlı qətnamə layihəsinin BMT-də qəbulu istiqamətində iş aparılır”

Nikoloz Vaşakidze: “Dondurulmuş münaqişələr”lə bağlı qətnamə layihəsinin BMT-də qəbulu istiqamətində iş aparılır”
# 19 dekabr 2007 09:03 (UTC +04:00)
“Azərbaycan-Gürcüstan münasibətləri uzun illər ərzində tədrici və ardıcıl inkişaf dövrü keçib. Dostluq və qardaşlıq əlaqələri həmişə olub, indi isə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxır”. Bu sözləri Bakıda APA-ya açıqlamasında Gürcüstan xarici işlər nazirinin müavini Nikoloz Vaşakidze deyib. O, GUAM ölkələrinin BMT-yə “dondurulmuş münaqişələr”lə bağlı qətnamə layihəsi təqdim etdiyini və hazırda bu sənədin qəbulu istiqamətində iş aparıldığını bildirib. Ancaq hələlik qətnamənin nə vaxt qəbul olunacağı bəlli deyil. Nazir müavini GUAM sülhməramlı kontingentinin formalaşması məsələsinin hələ başlanğıc mərhələdə olduğunu, tərəflərin müəyyən komponentləri müzakirə etdiyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR