Azərbaycanlı iş adamı Burzu Əliyevin Ukraynada dövlət vəzifəsinə təyin olunacağı gözlənilir

Azərbaycanlı iş adamı Burzu Əliyevin Ukraynada dövlət vəzifəsinə təyin olunacağı gözlənilir
# 19 dekabr 2007 15:56 (UTC +04:00)
“Ümid edirəm ki, Ukraynanın yeni hökuməti uzunömürlü olacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev deyib. “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun üzvü olan 6 deputatın nazir portfeli əldə edərək Ali Rada üzvlüyündən çıxmasından sonra onların yerinə seçilən şəxslər arasında həmyerlimiz Eduard Zeynalovun da olduğunu söyləyən səfir bununla Ukrayna parlamentindəki azərbaycanlı deputatların sayının 2-yə yüksəldiyini vurğulayıb. “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokundan deputatlığa namizəd olan, ancaq seçilməyən digər azərbaycanlı iş adamı Burzu Əliyevin isə yüksək dövlət vəzifəsinə təyin olunacağı gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR