Məşvərət Məclisinin iclası keçirilib

Məşvərət Məclisinin iclası keçirilib
# 20 dekabr 2007 10:04 (UTC +04:00)
Bu gün iqtidaryönlü Siyasi Partiyaların Məşvərət Məclisinə daxil olan partiya sədrlərinin iclası keçirilib. Məşvərət Məclisinin ictimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, toplantıda qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri müzakirə edilib, seçki qərargahının yaradılması ilə bağlı mülahizələr irəli sürülüb. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyinin müdafiə ediləcəyi fikri birmənalı surətdə qəbul edilib. Məşvərət Məclisi yaxın günlərdə prezident seçkilərinə görülən hazırlıq işləri ilə bağlı ictimaiyyətə geniş məlumat verəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR