Səməd Seyidov: “Siyasi məhbus problemi ilə bağlı Azərbaycan üzrə məruzəçi təyin olunması Avropa Şurasına sərf etməyən məsələdir”

Səməd Seyidov: “Siyasi məhbus problemi ilə bağlı Azərbaycan üzrə məruzəçi təyin olunması Avropa Şurasına sərf etməyən məsələdir”
# 27 dekabr 2007 12:47 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, “siyasi məhbus” terminin istifadəsi Azərbaycana yaraşmır: “Avropa Şurası istəməz ki, Azərbaycanla konstruktiv münasibətlər pozulsun. Azərbaycanın İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyətini normal təşkil edir. İşçi Qrupun yaranması Avropa Şurasının təşəbbüsü, Azərbaycanın xoş niyyəti əsasında baş verib. Belə bir məruzəçinin təyin olunması görülən işlərə xələl gətirə bilər. Bu isə Azərbaycanla Avropa Şurası arasında münasibətlərə mənfi təsir göstərəcək. Ona görə də mən inanmıram ki, Avropa Şurası Azərbaycanla konstruktiv əməkdaşlıqdan imtina etsin. Belə bir məruzəçinin təyin olunması Avropa Şurasına sərf etməyən məsələdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR