Vitse-spiker Bahar Muradova Füzulidə səfərdə olub

Vitse-spiker Bahar Muradova Füzulidə səfərdə olub
# 27 dekabr 2007 16:24 (UTC +04:00)
2008-ci ildə Azərbaycanın Füzuli rayonunun bir neçə yaşayış məntəqəsində yenidənqurma və bərpa işləri aparılacaq. APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Füzuli rayonunda səfərdə olan vitse-spiker Bahar Muradova deyib. Millət vəkilinin sözlərinə görə, gələn il Horadiz-Babı-Arayatlı-Mollaməhərrəmli kəndlərini birləşdirən 8 kilometrlik kəndlərarası yol asfaltlanacaq. Bunun üçün maliyyə vəsaitinin ayrıldığını deyən B. Muradova Horadiz qəsəbəsindəki isə 1 və 2 saylı orta məktəblərdə fizika və kimya laboratoriyaları quraşdırılacağını əlavə edib. Onun sözlərinə görə, 12-ci əsrə aid olan Babı və Əhmədalılar türbələrinin təmir olunması qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR