Azərbaycan prezidentinin imzaladığı əfv fərmanına münasibətlər
28 dekabr 2007 17:16 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev deyib. Bu addımın dövlətin humanist siyasətinin göstəricisi olduğunu deyən millət vəkili prezidentə Əfv Komissiyasının təkliflərini nəzərə aldığı üçün təşəkkürünü bildirib. A. Quliyev bunun prezident İlham Əliyevin imzaladığı 17-ci əfv fərmanı olduğunu deyib.
Fərəməz Allahverdiyevin həyat yoldaşı Tahirə Allahverdiyeva da prezidentə təşəkkürünü bildirib. O, bunun onlar üçün ən böyük Yeni il hədiyyəsi olduğunu deyib.
“Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadənin atası Vaqif Ağayev də çox sevindiyini deyib: “Çox sevinirəm, heç nə deyə bilmirəm, çox sevinirəm”.
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin yaxın qohumu Rauf Kərimov isə bu xəbərin onları çox sevindirdiyini deyib: “Bu, bizim ailəmiz üçün şok xəbərdir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu fərmanı alqışladığını deyib: “Prezidentin imzaladığı əfv fərmanı ilə onlarla insan qarşıdakı bayramları evlərində, doğmaları arasında keçirəcəklər. Bu sıraya jurnalistlər də daxil olduğu üçün fərman bizim üçün ikiqat əhəmiyyətlidir”. Mətbuat Şurasının jurnalistlərin azadlığa çıxması üçün xeyli vaxtdır iş apardığını deyən sədr bir neçə gün öncə həbsdə olan jurnalistlərə görüşdüklərini və söhbət apardıqların, bunun nəticəsi olaraq da ölkə başçısına onların xüsusi hal kimi əfv olunması üçün müraciət ünvanladıqlarını xatırladıb. Müraciətə bu müsbət münasibətə görə prezidentə minnətdarlığını bildirən Mətbuat Şurasının sədri “ortada humanizm faktı var. Amma hər qələm sahibi də öz fəaliyyətində etik prinsiplərə əməl etməlidir” deyə bildirib. Ə. Amaşov həbsdəki digər jurnalistlərin də tezliklə azadlığa çıxmasını arzuladığını və Şuranın bu yöndə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Rafiq Tağı və Samir Sədaqətoğlunun Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Rasət Pirisoylu da müdafiə etdiyi şəxsləri azad etdiyi üçün prezidentə təşəkkürünü bildirib.
Vəkil İsaxan Aşurov isə Müsavat Partiyasının üzvü Pirəli Orucovun vəkili kimi onun azadlığa buraxılmasından sevindiyini deyib: “Ancaq digər müdafiə etdiyim şəxs - jurnalist Eynulla Fətullayevin əfv olunmamasına kədərlənirəm”.
Hüquq müdafiəçisi, İnsan Haqları üzrə İşçi Qrupun üzvü Sahib Məmmədov əfv fərmanını müsbət dəyərləndirdiyini söyləyib: “ Biz tərkibin daha geniş olmasını, xəstə məhkumların adlarının siyahıya daxil edilməsi ilə bağlı məsələ qaldırmışdıq. Təəssüf ki, onların adi siyahıda yoxdur, ancaq bütün hallarda sevinməyə dəyər”.
İnsan Haqları üzrə İşçi Qrupun digər üzvü Səidə Qocamanlı isə siyahını artıq araşdırdıqlarını deyib: “Bizim təklif etdiyimiz jurnalistlərin əksəriyyəti azadlığa buraxılıb, iki jurnalist Eynulla Fətullayev və Sakit Zahidov qalıb, Qənimət Zahid barəsində həbs-qətimkan tədbiri dəyişməyib. Üç vərəmli məhkum Fərrux Əliyev, Lətif Abbasov və Təbriz Məmmədov azadlığa buraxılıb. Ancaq səhhəti ağır olan Rasim Əkbərovla Müşfiq Mədətov təəssüf ki, yenə buraxılmadı. Biz təcili Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun iclasını çağırdıq və qərara aldıq ki, İnsan Hüquqları üzrə İşçi Qrupdan çıxaq”. /APA/

Daxili siyasət
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
10:30
15 sentyabr 2024
Bakının işğaldan azad edilməsindən 106 il ötür
07:00
15 sentyabr 2024
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024