Məzahir Pənahov: “Gürcüstanda seçkilər əsasən demokratik və şəffaf keçirilir”

Məzahir Pənahov: “Gürcüstanda seçkilər əsasən demokratik və şəffaf keçirilir”
# 05 yanvar 2008 17:16 (UTC +04:00)
“Müşahidələrimiz onu göstərir ki, Gürcüstanda seçkilər əsasən demokratik və şəffaf keçirilir, elə bir qanun pozuntusu qeydə alınmır”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Tiflisdə seçkiləri izləyən Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, Tiflisdə bir neçə məntəqədə apardıqları müşahidələr seçkilərin standartlara uyğun təşkil olunduğu deməyə əsas verir. Azərbaycan MSK-nın sədri saat 12.00 radələri üçün Gürcüstanda seçicilərin cəmi 16%-nin səsverməsi faktının o qədər güclü nəticə olmadığını da diqqətə çatdırıb: “ Buna yüksək aktivlik demək olmaz, çünki günün birinci yarısı üçün ən yüksək aktivlik 20 və ya 25 % olmalıdır. Bundan aşağı göstəricilik zəif aktivlik hesab edilir”.
Qeyd edək ki, Gürcüstan MSK-nın dəvəti ilə Azərbaycan MSK-dan Məzahir Pənahov, Rövzət Qasımov, GUAM-ın xətti ilə Rövşən İsmayılov, İlham Məmmədov, Elton Məmmədov, Mirkazım Kazımov, MDB çərçivəsində MSK nümayəndələri Qabil Orucov, Nizami Nadirov və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının xətti ilə parlamentin deputatı Vidadi Məmmədov seçkilərdə müşahidəçi qismində iştirak edirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR