ABŞ İranın təbii qaz mənbəyi kimi etibarsız olduğunu Türkiyənin nəzərinə çatdırıb

ABŞ İranın təbii qaz mənbəyi kimi etibarsız olduğunu Türkiyənin nəzərinə çatdırıb
# 10 yanvar 2008 11:51 (UTC +04:00)
ABŞ Dövlət Departamenti İranın Türkiyəyə təbii qazın nəqlini kəsməsindən sonra Türkiyənin Yunanıstan-İtaliya boru xəttinə qaz verməyi dayandırması ilə bağlı bəyanat verib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bəyanatda bildirilir ki, Türkiyənin BOTAŞ şirkəti kəsinti barədə Yunanıstanın qazpaylayıcı şirkəti DEPA-ya əvvəlcədən məlumat verib. Yunanıstan hökuməti isə kifayət qədər ehtiyatı olduğunu və digər mənbələr hesabına itkinin kompensasiya ediləcəyini açıqlayıb. Bəyanatda xatırladılır ki, Türkiyə Yunanıstana ötürdüyü təbii qazı başqa ölkələrdən, o cümlədən Azərbaycandan alır, amma bu qazın yalnız “Azərbaycan qazı” adlandırılması doğru deyil: “Bu kəsintinin əsas səbəbi İranın təbii qaz mənbəyi kimi etibarsız olmasıdır. İran yanvarın 1-də Türkiyəyə qaz ixracını 75 faiz azaldıb, yanvarın 7-də isə tamamilə dayandırıb. İran əvvəllər də qış aylarında bu cür davranmışdı. İranla əldə olunan razılaşmalar bu ölkənin BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etməsinə yönəlmiş beynəlxalq səyləri zəiflədir. Bu mövqeyimiz türk hökumətinə də yüksək səviyyədə çatdırılıb.” ABŞ hökuməti hesab edir ki, yaranmış vəziyyət Avropa ölkələrinin təbii qazı bir neçə mənbədən və fərqli marşrutlarla almasının zəruriliyini bir daha göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR