“İranın nüvə proqramı ilə bağlı proseslərdə Azərbaycanın və Qafqazlıların təhlükəsizliyinə hansı təhdidlər gözlənilir?” mövzusunda dəyirmi masa keçirilib

“İranın nüvə proqramı ilə bağlı proseslərdə Azərbaycanın və Qafqazlıların təhlükəsizliyinə hansı təhdidlər gözlənilir?” mövzusunda dəyirmi masa keçirilib
# 15 yanvar 2008 12:18 (UTC +04:00)
Sülh və Münaqişələrin Həlli Mərkəzi “İranın nüvə proqramı ilə bağlı proseslərdə Azərbaycanın və Qafqazlıların təhlükəsizliyinə hansı təhdidlər gözlənilir?” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, mərkəzin sədri Elxan Mehdiyev bildirib ki, İran nüvə proqramına soyuq müharibə dövründə başlayıb. O, bu faktın ABŞ kəşfiyyatı tərəfindən təsdiq edildiyini də deyib. Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər isə İran məsələsində ABŞ-ın və Rusiyanın maraqlarının olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ-ın enerji resursları ilə əlaqədar Yaxın Şərqdə problemləri olub. Politoloq Qabil Hüseynli ABŞ-la İran arasında yaranan qarşıdurmanın təkcə nüvə proqramı ilə bağlı olmadığını bildirib: “İranın beynəlxalq terroru dəstəkləyən dövlət elan edilməsi təsadüfi deyil. Bu, ABŞ-İran münaqişəsinin hələ bitmədiyindən xəbər verir və bölgədə vəziyyətin daha da gərginləşəcəyinə işarədir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR