Azərbaycandan olan bir qrup hüquq müdafiəçisi AŞ PA-nın qış sessiyasında iştirak edir

Azərbaycandan olan bir qrup hüquq müdafiəçisi AŞ PA-nın qış sessiyasında iştirak edir
# 22 yanvar 2008 15:12 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarlığında olan görüşdə komissar Tomas Hammarberqin ötən ilin payızında Azərbaycana səfəri ilə bağlı hesabatının hazır olduğu və gələn ay açıqlanacağı bəlli olub. Son əfv fərmanının Avropa Şurasında müsbət qiymətləndirildiyini deyən S. Qocamanlı bəzi məhbusların azad olunmamalarından narahatlığın da ifadə edildiyini vurğuıayıb. S. Qocamanlı AŞ PA baş katibliyi və Gürcüstanın qurumdakı nümayəndə heyəti ilə də görüşdüklərini söyləyib.
AQO qrupunda və Azərbaycan üzrə həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova ilə də görüşəcəklərini deyən S. Qocamanlı sabah Finlandiyanın nümayəndə heyəti ilə də müzakirə aparmaq istədiklərini söyləyib.
Qeyd edək ki, Azərbaycandan olan hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Arzu Abdullayeva və Səadət Bənənyarlı hazırda Strasburqdadırlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR