Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin toplantısı keçirilib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin toplantısı keçirilib
# 28 yanvar 2008 12:17 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və mərhum prezident Əbülfəz Elçibəyin 70 illik yubileyinə hazırlıqla bağlı müzakirələr aparılıb. Hər iki yubileyin qeyd olunması məqsədilə tədbirlər planının hazırlanması barədə qərar qəbul olunub. Partiya rəhbərliyinin yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğumunun 124-cü ildönümü münasibətilə mərhumun abidəsini də ziyarət etməsi də planlaşdırılıb. Yığıncaqda BAXCP-nin növbəti qurultayına hazırlıqla bağlı Təşkilat Komitəsi üzvlərinin müvafiq sahələr və istiqamətlər üzrə hesabatları dinlənilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR