Elmar Məmmədyarov Seneqal nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Seneqal nümayəndə heyətini qəbul edib
# 30 yanvar 2008 15:41 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Seneqalın İslam Konfransı Təşkilatı üzrə Milli Agentliyinin prezidenti Kərim Vadın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq bildirib ki, Azərbaycana səfərində məqsəd İKT-nin mart ayında Seneqalın paytaxtı Dəkkə şəhərində keçiriləcək zirvə toplantısı ilə bağlı prezident İlham Əliyevə ünvanlanmış dəvət məktubunu təqdim etməkdir. O, zirvə toplantısına ölkəsinin hazırlığı haqqında ətraflı məlumat verərək deyib ki, konfransda təşkilatın yeni Nizamnaməsinin qəbul olunması nəzərdə tutulur. E. Məmmədyarov isə Azərbaycanın İslam Konfransı Təşkilatı və bütövlükdə müsəlman ölkələri ilə əlaqələrə xüsusi diqqət yetirdiyini söyləyib. İkitərəfli münasibətlərə toxunan nazir Azərbaycanın Seneqalla münasibətlərin inkişafında, siyasi və iqtisadi sahədə əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR