Zahid Oruc: “Məşvərət Məclisində təşkilati islahatların aparılmasına zəruri ehtiyac var”

Zahid Oruc: “Məşvərət Məclisində təşkilati islahatların aparılmasına zəruri ehtiyac var”
# 01 fevral 2008 09:56 (UTC +04:00)
“Hakimiyyətin siyasətini müdafiə edən Məşvərət Məclisinə sədrlik məsələsinə yenidən baxılmalı və qurumda təşkilatı islahatlar keçirilməlidir”. Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, prezident seçkisi öncəsi qurumun fəaliyyətində ciddi addımların atılmasına ehtiyac var və bu baxımdan ilk növbədə təşkilatı məsələlərə yenidən baxılmalıdır. Z. Oruc Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadənin artıq üç ildir Məşvərət Məclisinə rəhbərlik etməsinə diqqəti yönəldib: “Quruma sədrlik edən partiyanın səlahiyyəti uzadılır. Bu məsələ müzakirəyə çıxarılmalı və təkliflər Yeni Azərbaycan Partiyasına təqdim olunmalıdır. Məclisə sədrlik edəcək partiya yenidən seçiləndən sonra isə konkret proqram müəyyənləşməli və qurumun fəallığı artırılmalıdır. Nəzərə alınmalıdır ki, bu qurumda YAP təmsil olunur. Qarşıdan isə siyasi mübarizə dövrü gəlir. Bütün məsələlər hakimiyyət tərəfindən həyata keçirilməməlidir. Məşvərət Məclisi bu prosesdən kənarda qala bilməz. Məmməd Əlizadənin fəaliyyətinə qarşı isə heç bir iradımız yoxdur”. Z. Orucun fikrincə, onun təklifi Məşvərət Məclisində anlaşılmazlıq yaratmayacaq və məsələ siyasi savaşsız öz həllini tapacaq. DADP sədri Məmməd Əlizadə isə APA-ya açıqlamasında Məşvərət Məclisində təşkilatı dəyişikliyin aparılmasına qarşı olmadığını deyib. Onun sözlərinə görə, Məşvərət Məclisində təmsil olunan partiya sədrlərinin toplantısının keçirilməsi təklifi ilə çıxış edib: “Məşvərət Məclisində təşkilatı məsələlər müzakirə olunmalıdır. Bu, yeni fikir deyil, mən bunu dəfələrlə demişəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR