KXCP Ali Məclisinin növbəti toplantısında partiyanın prezidentliyə namizədi irəli sürüləcək

KXCP Ali Məclisinin növbəti toplantısında partiyanın prezidentliyə namizədi irəli sürüləcək
# 04 fevral 2008 11:16 (UTC +04:00)
“Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkilərində namizədini Ali Məclisin növbəti toplantısında müəyyənləşdirəcək”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında deyib ki, 2007-ci ilin dekabrında KXCP Ali Məclisinin toplantısında prezident seçkisində iştirakla bağlı qərar qəbul olunub. O, namizədin müəyyənləşdirilməsi ilə bağlı müvafiq işlərin aparıldığını da bildirib: “Namizədin müəyyənləşdirilməsi məsələsi müxalifət düşərgəsində aparılan danışıqlar, yürüdülən siyasət və böyük birliyin yaradılması uğrunda təşəbbüslər səbəbindən növbəti sessiyaya saxlanılıb. Yəqin ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Seçki qərargahının strategiyasının hazırlanması, analitik təhlil aparmaqla bağlı da qərar qəbul olunub. Yaza doğru bu istiqamətdə növbəti addımlar atılacaq”. Qeyd edək ki, KXCP Ali Məclisinin sessiyası 2007-ci ilin dekabrında keçirilib və partiyanın nizamnaməsinə əsasən növbəti toplantı 3 ay sonra keçirilməlidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR