AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanın müxalifət təmsilçiləri ilə görüşüblər

AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanın müxalifət təmsilçiləri ilə görüşüblər
# 04 fevral 2008 14:35 (UTC +04:00)
Təxminən iki saat davam edən görüş barədə APA-ya məlumat verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bildirdiyinə görə, ənənəvi xarakter daşıyan görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə edilib, seçkilər üçün əhəmiyyət kəsb edən məsələlərə xüsusi diqqət yetirilib. Siyasi məhbus problemi, həmin şəxslərin azad olunmayacağı halda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin edilməsi perspektivi, Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi, seçki komissiyalarını tərkibini dəyişməsi, sərbəst toplaşmaq azadlığı, siyasi partiyaların normal fəaliyyəti ilə bağlı tərəflər fikirlərini bildiriblər. Partiya sədri əsas müzakirə mövzusunun Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi olduğunu deyib: “Həmməruzəçilər siyasi məhbusların Azərbaycanın özünü həll etməsi təklifini irəli sürürlər, bu olmayacağı halda isə xüsusi məruzəçinin təyin ediləcəyini bildirdilər. Onlar, həmçinin Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsində israrlı olacaqlarını bildirdilər”.
Görüşdə Ə. Kərimli ilə yanaşı, Müsavat başqanı İsa Qəmbər, Milli Birlik Hərəkatının sədri Lalə Şövkət, ADP sədri Sərdar Cəlaloğlu və “Azərbaycan Naminə” İctimai Birliyinin sədri Eldar Namazov iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR