Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə danışıqlar fevralın 8-də Bakıda keçiriləcək

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə danışıqlar fevralın 8-də Bakıda keçiriləcək
# 05 fevral 2008 10:08 (UTC +04:00)
Danışıqlarda iştirak edəcək VK-nın seçkilər və referendumlar üzrə əməkdaşı Sergey Kuznetsovun APA-ya verdiyi məlumata görə, Azərbaycan hakimiyyəti ilə aparılacaq danışıqlarda onunla yanaşı, VK-nın seçki məcəlləsi ilə bağlı Azərbaycan üzrə məruzəçi Ayvard Encels də iştirak edəcək. Digər məruzəçi Piter Patsolay isə budəfəki danışıqlara qatıla bilməyəcək.
Qeyd edək ki, hazırda Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Andres Heyrkel və Yevgeniya Jivkovanın da Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı aparılacaq danışıqlarda iştirakı gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR