AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri MSK sədri Məzahir Pənahovla görüşüblər
05 fevral 2008 13:45 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Pənahov prezident seçkilərinin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və Azərbaycan vətəndaşlarının seçki hüquqlarının tam təmin olunacağını bildirib. O, seçkilərə hazırlıq çərçivəsində seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, dairə və məntəqə seçki komissiyaları üzvlərinin və seçicilərin maarifləndirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. MSK sədri deyib ki, 125 dairədən 100-ü üçün ən azı 7-8 otaqdan ibarət yeni binalar tikilərək istifadəyə verilib, məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurslar təşkil olunub. M. Pənahov seçicilərin maarifləndirilməsi ilə bağlı layihələr də həyata keçiriləcəyini açıqlayıb. /APA/
Daxili siyasət
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024