Milli QHT Forumunun aylıq toplantısı keçirilib

Milli QHT Forumunun aylıq toplantısı keçirilib
# 05 fevral 2008 15:30 (UTC +04:00)
Bu gün Azərbaycan Milli QHT Forumunun aylıq toplantısı keçirilib. Forumdan APA-ya daxil olan məlumata görə, toplantı prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşması, ixtisaslaşmış QHT qrupları üzrə toplantıların keçirilməsi, seçki qaydaları və şura ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunub. Yığıncaqda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə uyğun olaraq şuranın formalaşması məqsədilə verilən elan, ixtisaslaşmış QHT qrupları üzrə keçiriləcək toplantılarda nümayəndələrin qeydə alınması üçün müraciət forması və şura üzvlüyünə namizəd üçün anket sorğusunun doldurulması qaydaları izah edilib. Müzakirələr zamanı çıxış edən QHT rəhbərləri şura üzvlüyünə namizədlərin tanınmış QHT nümayəndələri və mütəxəssisləri olması, həmçinin bu seçimin ədalətli və şəffaf həyata keçirilməsinin vacibliyini vurğulayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR