İrəvan Azadlıq Təşkilatı Milli Məclisin spikerinə müraciət edib

İrəvan Azadlıq Təşkilatı Milli Məclisin spikerinə müraciət edib
# 07 fevral 2008 13:52 (UTC +04:00)
İrəvan Azadlıq Təşkilatı (İAT) 1918-ci ilin oktyabrında Azərbaycan Demokratik Respublikası Milli Şurasının qərarı ilə İrəvan şəhəri daxil olmaqla, 9 min kvadrat kilometr ərazinin ermənilərə verilməsi ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib. İAT-dan APA-ya verilən məlumata görə, müraciətdə prezident İlham Əliyevin İrəvanın ermənilərə verilməsi ilə bağlı faktları açıqlaması müsbət hal kimi qiymətləndirilib və Azərbaycan xalqından bu məsələdə dövlətə dəstək olmağa çağırılıb. İAT qeyd olunan məsələ ilə bağlı parlamentə 5 bənddən ibarət təkliflər də göndərib: “1928-ci ildə Rusiya-İran arasında Azərbaycan xalqının iştirakı olmadan bağlanan Türkmənçay müqaviləsi ləğv edilməli, İrəvan şəhəri və 9 min kvadrat kilometr ərazinin ermənilərə verilməsi haqda qəbul edilən qərar qanunsuz hesab olunmalı, SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı çıxarılan bütün qərarlar ləğv edilməli, 1948-1953-cü və 1988-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı onlara dəyən ziyanın hesablanması üçün komissiya yaradılması və bu ziyanın ödənilməsi üçün müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR