Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 11 fevral 2008 15:05 (UTC +04:00)
Bakı. Fərid Əkbərov-APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ictimai-siyasi vəziyyətə dair bir sıra məsələlərə baxılıb. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərindən biri Yevgeniya Jivkovanın “ölkədə mətbuatın əsas probleminin qəzetlərin siyasi partiyalara yaxın olmasını və həbsdə olan jurnalistlərin azad olunmasını tələb etməyəcəyini” bildirməsi Divan üzvlərinin təəccüb və təəssüfünə səbəb olub. Qeyd olunub ki, Y. Jivkova Azərbaycan üzrə həmməruzəçi təyin olunanda onun iqtidaryönlü olacağı haqda proqnozlar təsdiq olunmağa başlayır. Daha sonra Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər müzakirə olunub. Divan üzvləri bu il fevralın 26-da Xocalı faciəsinin ildönümünü qeyd etmək məqsədi ilə Azadlıq meydanında birgə mitinq keçirilməsi təklifi ilə Yeni Azərbaycan Partiyası (YAP) da daxil olmaqla bütün siyasi partiyalara müraciət etmək barədə qərar qəbul ediblər. Toplantıda payızda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ də müzakirə edilib və bir sıra təşkilati xarakterli qərarlar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR