Ziyafət Əsgərov: “Silahlı Qüvvələrdə xidmət edən zabitlərin maaşlarının qaldırılması prosesinin 2008-ci ildə də davam etdiriləcəyini güman edirəm”

Ziyafət Əsgərov: “Silahlı Qüvvələrdə xidmət edən zabitlərin maaşlarının qaldırılması prosesinin 2008-ci ildə də davam etdiriləcəyini güman edirəm”
# 12 fevral 2008 08:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. “Silahlı Qüvvələrdə xidmət edən zabitlərin maaşlarının qaldırılması prosesinin 2008-ci ildə də davam etdiriləcəyini güman edirəm”. Bu açıqlamanı APA-ya Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Ziyafət Əsgərov verib. Onun sözlərinə görə, hərbiçilərin sosial problemlərinin yaxşılaşdırılması ilə bağlı kifayət qədər qanun qəbul edilib. O, bu ötən il ölkə prezidentinin bu barədə əlavə iki sərəncam imzaladığını da söyləyib. Z. Əsgərov hərbiçilərin mənzil şəraitinin yaxşılaşdırılması və məvaciblərinin qaldırılması prosesinin davamlı olacağını da deyib: “Mənzil şəraitinin yaxşılaşdırılması, maaşların artırılması, ipoteka kreditlərinin verilməsi və bu istiqamətdə digər işlər davam etdiriləcək. Bütün bunlar dövlət başçısının diqqətindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR