ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri “Azadlıq” blokunun liderləri ilə görüşüb

ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri “Azadlıq” blokunun liderləri ilə görüşüb
# 12 fevral 2008 12:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin rəhbəri Ceyk Cons “Azadlıq” blokunun liderləri ilə görüş keçirib. Blokun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, blokun yaxın gələcəkdə həyata keçirəcəyi tədbirlər və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. BRİ-nin kurslarında iştirak edəcək gənclərin siyahısı ofis rəhbərinə təqdim olunub. Görüşdə AXCP sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR