Milli Məclis bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsini qəbul edib

Milli Məclis bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsini qəbul edib
# 12 fevral 2008 16:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi qəbul edilib. APA-nın məlumatına görə, müzakirələr zamanı deputatlar bələdiyyələrin fəaliyyətini ciddi tənqid ediblər. Millət vəkili Qüdrət Həsənquliyev bələdiyyələrin icra hakimiyyətlərindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarə və yerli icra hakimiyyəti orqanları ilə iş üzrə nazirlik yaradılmalıdır. Deputat Fuad Muradov isə bəzi bələdiyyə üzvlərinin qanunsuz işlərlə məşğul olduğunu, cəmiyyətdə bu qurumlar haqqında mənfi imic formalaşdırdığını deyib. Deputat Fəzail İbrahimli isə bələdiyyə üzvlərinin əksəriyyətinin savadsız olmasını çatışmazlıq kimi qiymətləndirib. Deputat Nizami Xudiyev isə bələdiyyələrin bəzilərinin mənzil qərargahının olmamağını gülünc hal kimi qiymətləndirib. Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR