AXCP-nin qurultayı may-iyun aylarında keçirilə bilər

AXCP-nin qurultayı may-iyun aylarında keçirilə bilər
# 13 fevral 2008 13:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) öz qurultayını növbəti dəfə təxirə salmaq niyyətində deyil. Partiya sədrinin müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, artıq rayon təşkilatlarının əksəriyyəti öz konfranslarını keçirib və qurultaya hazırdır. O, qurultaya 700-dən çox nümayəndənin qatılacağını bildirib. H. Kərimov bəzi rayonlarda yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının konfransların keçirilməsinə maneçilik yaratdığını da qeyd edib: “Nizamnaməyə görə bizim qurultayımız ötən il olmalı idi. Amma partiyanın öz qərargahından çıxarılması, süni problemlərə görə rayon təşkilatlarının konfranslarının keçirilə bilməməsi qurultayın vaxtında keçirilməsinə mane oldu. Bütün variantlardan istifadə edib bu ilin may-iyun aylarında qurultayı keçirməyə çalışacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR