Sərdar Cəlaloğlu ADP-də prezidentliyə namizədlərin sayının çoxluğunu sədrə etimadsızlıq hesab etmir

Sərdar Cəlaloğlu ADP-də prezidentliyə namizədlərin sayının çoxluğunu sədrə etimadsızlıq hesab etmir
# 14 fevral 2008 09:53 (UTC +04:00)
Bakı.Fərid Əkbərov-APA. “ADP-də prezidentliyə namizədlərin sayının çox olması sədrə etimadsızlıqdan irəli gəlmir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Partiyada prezidentliyə namizədlik uğrunda rəqabətin olmadığını söyləyən S. Cəlaloğlunun sözlərinə görə, bu ADP-də demokratik mühitin olmasından xəbər verir: “Partiyada mənə olan münasibət birmənalıdır və böyük əksəriyyət məni dəstəkləmək fikrindədir. Ola bilər ki, siyasi etika baxımından partiya Ali Məclisinin sədri Vaqif Şirinov və Qurban Məmmədov öz namizədliyini irəli sürməsinlər”. S. Cəlaloğlu adı çəkilən şəxslərin öz namizədliyini irəli sürmələri ilə bağlı aktiv iş apardıqlarını müşahidə etmədiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR