“PKK-nın terrorçu təşkilat kimi tanınması haqqında” qanun layihəsi yaxın bir ay ərzində Azərbaycan Milli Məclisinə təqdim olunacaq

“PKK-nın terrorçu təşkilat kimi tanınması haqqında” qanun layihəsi yaxın bir ay ərzində Azərbaycan Milli Məclisinə təqdim olunacaq
# 14 fevral 2008 12:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “PKK-nın terrorçu təşkilat kimi tanınması haqqında” qanun layihəsi yaxın bir ay ərzində Milli Məclisə təqdim olunacaq. Bu barədə APA-ya açıqlamasında qanun layihəsini hazırlayan “Müsavat” deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib. Millət vəkili hazırda qanun layihəsinin üzərində iş getdiyini, proses başa çatandan sonra sənədin parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasına təqdim ediləcəyini deyib. A. Səmədbəyli qanun layihəsini parlamentdə təqdim etməzdən əvvəl ictimaiyyətdə geniş müzakirəsinin təşkil ediləcəyini də bildirib. Deputat bu sənədin parlamentdə qəbul edilməsi üçün çalışacaqlarını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR