YAP sədrinin müavini İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb

YAP sədrinin müavini İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb
# 14 fevral 2008 13:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bu gün İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Alan Gidetti ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında əlaqələr müzakirə olunub. Bu əlaqələrin 16 illik dövrü əhatə etdiyini bildirən Ə. Əhmədov müxtəlif sahələrdə dövlətlər arasında əlaqələrin qurulduğunu səfirin diqqətinə çatdırıb. Görüşdə, həmçinin bu il keçiriləcək prezident seçkiləri, YAP-ın seçkilərə hazırlığı müzakirə mövzusu olub. Ə. Əhmədov seçkilərin Avropa standartlarına uyğun, demokratik və ədalətli keçiriləcəyini bildirib. Səfir isə öz növbəsində YAP-ın qarşıya qoyduğu məqsədlərə nail olacağına əminliyini ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR