Deputat Qüdrət Həsənquliyev seçiciləri ilə görüşüb

Deputat Qüdrət Həsənquliyev seçiciləri ilə görüşüb
# 15 fevral 2008 15:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü Qüdrət Həsənquliyev Goranboyun Xan Qərvənd kəndində və Yevlaxın Aran qəsəbəsindəki “Eko” yaşayış məntəqəsində yaşayan seçiciləri ilə görüşüb. Deputat APA-ya açıqlamasında Xan Qərvənd kəndinin sakinlərinin su və qaz problemindən əziyyət çəkdiyini bildirib. O, Qarabağ müharibəsində döyüşmüş bəzi kənd sakinlərinin veteran vəsiqəsi ala bilmədiklərini də söyləyib: “Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələyə ögey münasibət bəsləyir”. Q. Həsənquliyev “Eko” yaşayış məntəqəsində sığınacaq tapan və Ağdam rayonundan olan məcburi köçkünlərin həyətyanı torpaq sahəsi istədiyini deyib: “Mən artıq onların problemini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun diqqətinə çatdırmışam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR