Xocavənd rayonunun işğalı və Qaradağlı kəndində baş verən faciənin ildönümü ilə bağlı anım mərasimi keçirilib

Xocavənd rayonunun işğalı və Qaradağlı kəndində baş verən faciənin ildönümü ilə bağlı anım mərasimi keçirilib
# 17 fevral 2008 10:27 (UTC +04:00)
Beyləqan. Ramil Məmmədov-APA. Bu gün Beyləqanın Yeni Xocavənd qəsəbəsində Xocavənd rayonunun işğalı və Qaradağlı kəndində baş verən faciənin ildönümü ilə bağlı anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1992-ci il fevralın 17-də Qaradağlı kəndində baş verən qətliam haqqında danışıb. İcra başçısı xocavəndlilərin işğal altında olan torpaqları düşməndən azad etməyə hazır olduqlarını diqqətə çatdırıb. Tədbirdə iştirak edən “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Qaradağlı kəndinin 77 şəhid verdiyini, onlardan 10 nəfərinin qadın olduğunu bildirib. E. Orucova Qaradağlı faciəsinin Xocalıdan sonra ən böyük faciə olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR